AZ

“Bu, kampaniyanın sonu deyil” – Netanyahudan ŞOK MESAJ

 

İsrailin Baş naziri Benyamin Netanyahu İranla atəşkəs elan edildikdən sonra xalqa müraciətində bir sıra mühüm bəyanatlar səsləndirib.

NOCOMMENT.az xəbər verir ki, Baş nazir qeyd edib ki, aparılan hərbi əməliyyatlar olmasaydı, İran artıq nüvə silahına sahib olardı.

Netanyahu İsrailin böyük uğurlar qazandığını və İranın hər zamankından daha zəif olduğunu vurğulayıb: “Biz istənilən an döyüş əməliyyatlarına qayıtmağa hazırıq, barmağımız tətikdədir”. O, həmçinin xüsusi olaraq qeyd edib ki, əldə olunmuş atəşkəs “Hizbullah”a şamil edilmir və qruplaşma bu gün öz tarixinin ən ağır zərbəsini alıb.

İsrailin qarşısında hələ də çatmalı olduğu məqsədlərin dayandığını deyən Netanyahu, bu hədəflərə ya razılaşma yolu ilə, ya da döyüş meydanında nail olacaqlarını bildirib. O, ABŞ-ın addımlarının onlar üçün gözlənilməz olmadığını və bunun ümumi məqsədlərə gedən yolda yalnız bir mərhələ olduğunu əlavə edib.

Sara,
NOCOMMENT.az

Seçilən
35
nocomment.az

1Mənbələr