AZ

Kukurella "Barselona" ilə bağlı dediklərinə peşman olub

"Çelsi"nin müdafiəçisi Mark Kukurella gələcəkdə "Barselona"ya qayıtmaq istəyi ilə bağlı açıqlama verdiyinə görə peşmanlıq hissi keçirir.

90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı futbolçu bu fikri açıq şəkildə səsləndirdiyinə görə səmimi şəkildə üzr istəyib. O, belə bir mövzunu klub rəhbərliyi ilə qapalı şəkildə müzakirə etməli olduğunu etiraf edib.

Müdafiəçi London klubunun rəhbərliyinə "Çelsi"yə sadiq olduğunu bildirib. Həmçinin Kukurelya klubun gələcək inkişaf istiqamətləri, o cümlədən yay transfer dövrü ilə bağlı planlardan ruhlandığı qeyd olunub.

Cari mövsümdə Mark Kukurella bütün turnirlərdə 41 oyunda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Çelsi ilə müqaviləsi 30 iyun 2028-ci il tarixinədək qüvvədədir.

Seçilən
29
90deqiqe.az

1Mənbələr