AZ

Rusiya və Azərbaycan arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Məlumata görə, nazir müavini Mixail Qaluzin Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevlə görüş keçirib.

TASS-ın məlumatına görə, Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər arasında Rusiya və Azərbaycan arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Görüşdə qarşıdan gələn hökumətlərarası təmaslar fonunda ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub, həmçinin xarici siyasət qurumları arasında koordinasiya məsələlərinə toxunulub.

Rəsmilər Rusiya-Azərbaycan münasibətlərinin daha da möhkəmləndirilməsi, müttəfiq əməkdaşlığın davam etdirilməsi və Cənubi Qafqazda, eləcə də Xəzər regionunda təhlükəsizlik və əməkdaşlığın inkişafı istiqamətində birgə fəaliyyətin davam etdirilməsi niyyətini ifadə ediblər.

Seçilən
13
1
apa.az

2Mənbələr