AZ

Rusiya və Azərbaycan arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

ain.az, Apa.az saytına istinadən bildirir.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevlə görüş keçirib.

TASS-ın məlumatına görə, Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.Tərəflər arasında Rusiya və Azərbaycan arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Görüşdə qarşıdan gələn hökumətlərarası təmaslar fonunda ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub, həmçinin xarici siyasət qurumları arasında koordinasiya məsələlərinə toxunulub.

Rəsmilər Rusiya-Azərbaycan münasibətlərinin daha da möhkəmləndirilməsi, müttəfiq əməkdaşlığın davam etdirilməsi və Cənubi Qafqazda, eləcə də Xəzər regionunda təhlükəsizlik və əməkdaşlığın inkişafı istiqamətində birgə fəaliyyətin davam etdirilməsi niyyətini ifadə ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
apa.az

2Mənbələr