TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova vəzifəsindən ayrılıb.BUTA.TV xəbər verir ki, bu barədə Z.Ədilova sosial şəbəkə hesabında məlumat verib. “Bu gün TƏBİB-də son iş günüm idi. Bu müddət ərzində qazandığım təcrübə, tanıdığım dəyərli insanlar və birlikdə keçirdiyimiz anlar mənim üçün çox qiymətlidir. Hər bir həmkarıma göstərdikləri dəstək və əməkdaşlığa görə təşəkkür edirəm”, - deyə paylaşımında bildirib. Qeyd edək ki, o bu vəzifədə 2022-ci ildən çalışırdı.