AZ

Azərbaycanlı iş adamı Rusiyada milyonluq kompleks aldı

Bakı.Trend:

Sankt-Peterburqda yerləşən “Nikolskie Ryadı” kompleksinin yenisahibi azərbaycanlı iş adamı Əsabil Qasımov olub. Alınmışkompleksin balansında iki otel və şəhərin mərkəzində yerləşən bərpaolunmuş binada kommersiya daşınmaz əmlakı var.

Trend bu barədəRusiya KİV-ə istinadən xəbər verir.

Aktivin alıcıları Şamama Qasımovaya məxsus “Sanatoriy İstoçnik”MMC (60%) və Taleh Qasımova məxsus “Ekspo” MMC (40%) olub.Şirkətlər azərbaycanlı milyarder, aqrar yönümlü “Karat Holding”inrəhbəri Əsabil Qasımovla əlaqəlidir.

Sövdələşmə 2025-ci ildə baş tutub və Sankt-Peterburqdamehmanxana daşınmaz əmlakı seqmentində ən iri müqavilə olub. Qeydolunan aktivlər üçün Qasımov 3–3,5 milyard rubl (təxminən 51–59,5milyon manat) ödəyib. Daha əvvəl “Nikolskie Ryadı” Andrey Yakuninəməxsus “Venture Investment and Yield Management” fondununaktivlərinə daxil idi.

Obyektlərin ümumi sahəsi 27,9 min kvadratmetr təşkil edir.1789-cu ildə inşa edilmiş keçmiş Nikolsk bazarının binası keçmişsahibi (bundan öncəki) tərəfindən 2010-cu ildə 420 milyon rubla(təxminən 7,1 milyon manat) alınmışdı.

Seçilən
8
7
az.trend.az

9Mənbələr