AZ

Aramsız yağışlar Türkiyə və Dağıstanda fəlakətə səbəb oldu

Bakı. Trend:

Aramsız və intensiv yağışlar Dağıstan və Türkiyədə genişmiqyaslısel fəlakətlərinə səbəb olub. Təbii fəlakət nəticəsində bəziyaşayış məntəqələri su altında qalıb, infrastruktur ciddi zərərgörüb.

Trend xəbərverir ki, Dağıstanda çayların məcrasından çıxması nəticəsindəonlarla kənd və rayon su basıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 2 mindənçox ev zərər görüb, 5 mindən artıq sakin təhlükəsiz ərazilərətəxliyə olunub. Sel fəlakəti nəticəsində azı 7 nəfər həyatınıitirib. Bundan əlavə, 20-dən çox körpü və yol infrastrukturudağılıb, bir sıra ərazilərdə elektrik və qaz təchizatında fasilələryaranıb. Bölgədə xilasetmə əməliyyatları davam etdirilir.

Türkiyədə isə ən ağır vəziyyət Qara dəniz bölgəsində qeydəalınıb. 1000-dən çox insan təhlükəsiz ərazilərə köçürülüb. Selsuları avtomobilləri aparıb, torpaq sürüşmələri isə bir sırayolları bağlayaraq bəzi yaşayış məntəqələri ilə əlaqəni müvəqqətikəsib.

Xəbər yenilənəcək

Seçilən
18
10
az.trend.az

10Mənbələr