AZ

35 yaşında meydanı tərk etdi

Aaron Remzi karyerasıyla bağlı vacib qərar verib.

"Football-plus.az" xəbər verir ki, Uels yığmasının sabiq futbolçusu peşəkar karyerasını başa vurub. 35 yaşlı yarımmüdafiəçi bununla bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib. Remzi karyerasını məşqçi kimi davam etdirməyi planlaşdırır.

O, karyerası ərzində “Kardiff Siti”, “Nottingem Forest”, “Arsenal”, “Yuventus”, “Reyncers”, “Nitsa” və “Pumas”ın formasını geyib. Təcrübəli futbolçu Uels yığmasının heyətində keçirdiyi 86 matçda 21 qol vurub, 9 məhsuldar ötürmə edib.

Seçilən
40
1
football-plus.az

2Mənbələr