AZ

Ermənistanda sabiq yüksək vəzifəli şəxslər HƏBS OLUNDU

Ermənistan parlamentinin keçmiş spikeri Qalust Saakyanın oğlu yenidən saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Ermənistan parlamentinin keçmiş sədri Qalust Saakyanın oğlu, Dövlət Əmlakının İdarə olunması Komitəsinin sabiq rəhbəri Arman Saakyan yenidən saxlanılıb.

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bu məlumatı təsdiqləyərək bildirib ki, saxlanılma tədbirləri başlanmış cinayət işi çərçivəsində müxtəlif ittihamlarla bir neçə şəxsə qarşı həyata keçirilib.

Xatırladaq ki, Arman Saakyan 2025-ci ilin əvvəllərində də saxlanılmışdı. Ona qarşı çirkli pulların yuyulması və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları irəli sürülmüşdü, lakin sonradan o, inzibati nəzarət şərti ilə sərbəst buraxılmışdı.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
8
3
interpress.az

4Mənbələr