AZ

Maşın almaq istəyənlərin diqqətinə! Biraz gözləyin... SƏBƏB

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sosial şəbəkələrdə son günlər yayılan iddialara görə, yağıntılardan sonra bazara çıxarılan bəzi avtomobillərin su zədəsi görmüş olma ehtimalı alıcılar arasında narahatlıq yaradıb. Paylaşımlarda iddia olunur ki, suda zərər görmüş maşınlar müəyyən təmir və kosmetik işlərdən sonra satışa çıxarıla bilər və bu səbəbdən yaxın vaxtlarda avtomobil almağın riskli olduğu vurğulanır.Mövzu ilə bağlı fikirlərini bölüşən avtomobil üzrə ekspert Elgiz Mehdiyev Demokrat.az-a deyib ki, yerli şəraitdə suya düşmüş avtomobillərlə xaricdə tam su altında qalmış avtomobillər eyni deyil və onların zədələnmə səviyyəsi fərqlidir:“Bizdə avtosalonlarda ciddi su basma halları olmayıb, yalnız tək-tük maşınlar yağış nəticəsində su altında qalıb. Bu cür hallarda avtomobil adətən tam batmır, sadəcə bəzi hissələrinə su dəyir və ya içərisinə qismən su dolur. Belə maşınlarda əsas görülən işlər onların sökülüb qurudulması ilə məhdudlaşır və ciddi bəzəyib-düzəltməyə ehtiyac olmur. Ümumiyyətlə, suda zərər görmüş maşınları müəyyən etmək də çətin deyil. Servis təcrübəsinə əsasən, yağışlardan sonra çox az sayda təxminən 3-4 maşın müraciət edib. Problemlər də əsasən lokal xarakterli olub. Məsələn, suyun elektron hissələrə təsir edib sıradan çıxarması və ya mühərrikin su çəkməsi. Bu hallarda da hissə dəyişdirilməsi və ya mühərrikin təmizlənməsi ilə problem aradan qaldırılıb”.Həmçinin oxu:

Maşının suda batmış olduğunu necə bilmək olar? — AÇIQLAMAO qeyd edib ki, daha ağır vəziyyət isə avtomobilin tam su altında qalmasıdır:“Belə hallarda maşının qurudulması və bərpası aylarla çəkə bilər. Çünki daxili hissələrdə paslanma yaranır, bəzi yerlərə qum dolur və bunları tam təmizləmək mümkün olmur. Mövcud vəziyyətdə avtomobillərə dəyən ziyan genişmiqyaslı deyil, əsasən tək-tük və nisbətən yüngül hallardır və ümumi olaraq ciddi problem hesab olunmur”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
demokrat.az

1Mənbələr