AZ

Həyat yoldaşına xəyanət edənlər 20 min manat ödəyəcək? Hüquq müdafiəçisi

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

"Azərbaycan qanunvericiliyində belə bir norma yoxdur".

Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Əkrəm Həsənov Azərbaycanda həyat yoldaşına xəyanət edən şəxsin qarşı tərəfə 20 min manat ödəməli olduğu ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Hüquq müdafiəçisi qeyd edib ki, bu məsələdə ümumi prinsip mövcuddur:

"Hər bir şəxs ona dəyən mənəvi zərərin əvəzini məhkəmə qaydasında tələb edə bilər. Məsələn, hansısa məhkəmə işi olubsa, tərəflərdən biri, istər ər, istər arvad, mənəvi zərərə görə təzminat tələb edə bilər".

Əkrəm Həsənovun sözlərinə görə, Azərbaycanda indiyədək 10–20 min manat məbləğində mənəvi zərərin ödənilməsi ilə bağlı məhkəmə qərarı qəbul olunmayıb:

"Adətən mənəvi zərər üzrə təzminat məbləğləri çox aşağı olur".

Qeyd edək ki, Azərbaycanda həyat yoldaşına xəyanət edən şəxsin qarşı tərəfə 20 min manat ödəməli olduğu barədə yayılan iddialar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bahar Rüstəmli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
qaynarinfo.az

1Mənbələr