AZ

Donald Tramp: İrana silah satan ölkələrə 50 faizlik gömrük rüsumu tətbiq ediləcək

BAKI, 8 aprel. TELEQRAF

ABŞ İrana hərbi silah tədarük edən istənilən ölkəyə qarşı dərhal sərt iqtisadi sanksiyalar tətbiq edəcək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün sosial media hesabında paylaşım edib.

Ağ Ev rəhbəri bildirib ki, bu ölkələrin ABŞ-yə satdığı bütün mallara dərhal 50 faiz məbləğində gömrük rüsumu (tarif) tətbiq olunacaq:

"İrana hərbi silah tədarük edən ölkənin Amerika Birləşmiş Ştatlarına satdığı hər hansı və bütün mallara dərhal qüvvəyə minmək şərtilə 50 faiz rüsum qoyulacaq. Bu məsələdə heç bir istisna və ya güzəşt olmayacaq!"

Seçilən
11
4
teleqraf.com

10Mənbələr