İrana silah tədarük edən istənilən ölkəyə dərhal tarif tətbiq olunacaq.
APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.
“ABŞ-a satılan bütün mallara 50% həcmində rüsum qoyulacaq və bu qərar dərhal qüvvəyə minəcək. Heç bir istisna və ya güzəşt olmayacaq”, - ABŞ lideri vurğulayıb.