AZ

Mahmud Dahud “Ayntraxt”ı tərk edəcək – Rəsmi – ARENA.AZ

Almaniyanın “Ayntraxt” klubunun mərkəz yarımmüdafiəçisi Mahmud Dahud cari mövsümün sonunda Frankfurt təmsilçisindən ayrılacaq.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı futbolçunun müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. Tərəflər bu anlaşmanı yeniləməyəcəklərinə dair razılığa gəliblər.

Xatırladaq ki, Dahud 2024-cü ilin yayında İngiltərənin “Brayton” klubundan Frankfurt təmsilçisinə transfer olunub. O, bu mövsüm bütün turnirlərdə 17 oyunda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Dahudun “Ayntraxt” karyerası bütövlükdə 35 oyun, 3 qol və 3 məhsuldar ötürmədən ibarətdir.

Mahmud Dahud Düsseldorf “Fortuna”sının yetirməsidir. O, peşəkar karyerasına Mönhenqladbax “Borussiya”sında başlayıb. Yarımmüdafiəçi “Borussiya” (Dortmund), “Ştutqart”, “Brayton” kimi klubların da formasını geyinib.

Almaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Suriya əsilli Dahud, əsas millidə də 2 matça çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
42
11
arena.az

10Mənbələr