AZ

“Bavariya” azarkeşləri sevimli komandalarına dəstək olmaq üçün təyyarəni icarəyə götürdülər VİDEO

Idman.biz saytına istinadən ain.az xəbər verir.

Münhenin “Bavariya” futbol klubunun azarkeşləri Çempionlar Liqasının səfər matçında (“Real Madrid”a qarşı) komandalarını tək qoymamaq üçün unikal yol tapıblar.

İdman.Biz xəbər verir ki, münhenli fanatlar birləşərək təyyarəni icarəyə götürüblər.

Nəticədə bu seçim onlara iki dəfə daha ucuz başa gəlib.

Səfər isə olduqca əyləncəli keçib – azarkeşlər mahnılar oxuyub, şüarlar səsləndirib və birlikdə vaxt keçiriblər.

Beləliklə, "Bavariya" fanatları həm yolpuluna qənaət edib, həm də səfəri bayram ab-havasında yaşayıblar.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
icma.az

1Mənbələr