AZ

İran cavab tədbirlərinə başladı İki ölkə vurulur

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

İran Lavan adasına hücuma cavab olaraq, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Küveytə qarşı raket və dron hücumlarına başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “WANA” agentliyi İranın dövlət televiziyasına istinadən məlumat yayıb.

Məlumatda bu əməliyyatların İranın neft obyektlərinə hücumdan bir saat sonra həyata keçirildiyi göstərilir.

BƏƏ və Küveytdəki konkret hədəflərlə bağlı təfərrüatlar açıqlanmasa da, eskalasiyanın yenidən alovlandığı görünür.

Qeyd edək ki, bu gecə ABŞ-la İran arasında iki həftəlik atəşkəs əldə edilib. Bundan bir neçə saat sonra İranın Lavan adasındakı neft emalı zavoduna zərbə endirilib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
globalinfo.az

1Mənbələr