AZ

İran Pakistanın sülh danışıqları ilə bağlı səylərini yüksək qiymətləndirib – Şərif

Bakı. Trend:

İran Prezidenti Məsud Pezeşkian ABŞ və İran arasında sülhdanışıqları ilə bağlı Pakistanın səylərini yüksəkqiymətləndirib.

Trend-inməlumatına görə, bunu Pakistanın Baş naziri Şahbaz Şərif İranPrezidenti Məsud Pezeşkianla bu gün apardığı telefon danışığındansonra “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, İran rəhbərliyinə bu həftənin sonuna doğruİslamabadda sülh danışıqlarına ev sahibliyi etmək barədə Pakistanıntəklifini qəbul etməsində göstərdiyi müdriklik və uzaqgörənliyəgörə təşəkkür edib.

Şərif bildirib ki, İran Prezidenti qarşıdakı danışıqlarda İranıniştirakını bir daha təsdiqləyib.

“Pakistan regionda və onun hüdudlarından kənarda sülh vəsabitliyin təşviqi üçün bütün dostları və tərəfdaşları ilə sıxəməkdaşlığa sadiq qalır”, - deyə o vurğulayıb.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardanbiri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaqöhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraqdanışıqlara hazırlaşırlar.

Seçilən
19
az.trend.az

1Mənbələr