ABŞ İranla atəşkəs razılaşması əldə edib.
Redaktor.az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti C.D.Vens Budapeştdə açıqlayıb.
Vens bildirib ki, razılaşma Tehran Hörmüz boğazını gəmiçilik üçün açmağa razı olduqdan sonra əldə edilib.
O əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp iranlılara ultimatum verib: "Boğazı açın, qlobal iqtisadiyyatı girov saxlamayın və atəşkəs barədə danışıqlar aparacağıq".
Vens vurğulayıb ki, razılaşma gecə ərzində əldə edilib və İran boğazı açmağa razılıq verib.
Aminə ŞAHSUVARQIZI