RU

"ABŞ və İran Hörmüz boğazında atəşkəs razılaşması əldə edib" - Vens

ABŞ İranla atəşkəs razılaşması əldə edib.

Redaktor.az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti C.D.Vens Budapeştdə açıqlayıb.

Vens bildirib ki, razılaşma Tehran Hörmüz boğazını gəmiçilik üçün açmağa razı olduqdan sonra əldə edilib.

O əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp iranlılara ultimatum verib: "Boğazı açın, qlobal iqtisadiyyatı girov saxlamayın və atəşkəs barədə danışıqlar aparacağıq".

Vens vurğulayıb ki, razılaşma gecə ərzində əldə edilib və İran boğazı açmağa razılıq verib.

Aminə ŞAHSUVARQIZI

Избранный
21
1
redaktor.az

2Источники