AZ

“Düzgün tənzimləmə olmadıqda risklər arta bilər” İqtisadçı

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Dövlət tərəfindən düzgün və çevik tənzimləmə mexanizmləri tətbiq edildikdə kriptovalyutalar sahibkarlar üçün yeni imkanlar yaradır. Bu imkanların reallaşması isə normativ bazanın keyfiyyətindən, təhlükəsizlik standartlarının səviyyəsindən və istifadəçilərin məlumatlılıq dərəcəsindən birbaşa asılıdır. Əks halda, düzgün tənzimləmə olmadıqda risklər, o cümlədən kiberhücumlar və maliyyə fırıldaqları arta bilər”.

Bunu 525.az-a iqtisadçı ekspert Asif İbrahimov bildirib.

İqtisadçı vurğulayıb ki, internet dövründə bir çox məhdudiyyətlər artıq nisbi xarakter daşıyır. Kriptovalyutadan istifadə etmək üçün istifadəçinin yalnız şifrələnmiş rəqəmsal açara sahib olması kifayətdir və bu, dünyanın istənilən nöqtəsindən əməliyyat aparmağa imkan verir. Bu baxımdan, dövlətlər üçün ən effektiv yanaşma kriptovalyutaları qadağan etmək deyil, onları düzgün idarə edən mexanizmlər formalaşdırmaqdır.

Sevinc Qarayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
525.az

1Mənbələr