AZ

“Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb

Yazını böyüt
Yazını kiçilt

Bu ilin birinci rübü ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 280 min 469 bilet əldə edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyədək çoxdur.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Hafta.az-a bildirilib ki, ötən ilin yanvar-mart ayları ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 32,6 faiz idisə, cari ilin müvafiq dövründə bu göstərici 43,3 faizə yüksəlib.

Bu artım sərnişinlərin avtovağzal xidmətlərinə etimadının artdığını və səfərlərini planlaşdırarkən onlayn bilet alışı imkanlarından daha fəal istifadə etdiklərini göstərir.

Qeyd edək ki, “biletim.az” portalında 58 məntəqə, 91 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 356 reys olmaqla 405 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.

Seçilən
7
12
hafta.az

10Mənbələr