Azərbaycan velosipedçisi Süleyman Ələkbərov Qazaxıstanda medal qazanıb.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Velosiped İdmanı Federasiyası yayıb.
Şose velosipedi üzrə U-23 yığmasının üzvü Qazaxıstanın Almatı şəhərində keçirilən "Road Race 2026" turnirində mübarizə aparıb.
130 idmançının qatıldığı yarışda təmsilçimiz 25 km-lik fərdi ötüşmə növündə bürünc medala sahib çıxıb.
