Azərbaycanın şose velosipedi üzrə U-23 yığma komandasının üzvü Süleyman Ələkbərov Qazaxıstanın Almatı şəhərində keçirilən “Road Race 2026” yarışında iştirak edib.
Bu barədə XQ-yə Azərbaycan Velosiped İdmanı Federasiyasından məlumat verilib.
Bildirilib ki, 130 idmançının mübarizə apardığı yarışda təmsilçimiz 25 kilometrlik fərdi ötüşmə növündə bürünc medal qazanıb.