Suraxanı rayonu, Hövsan qəsəbəsi, "MİDA-1" yaşayıığş kompeksində sakinlər kanalizasiya xətlərindən gələn havanın sanitar qovşaqdan sızaraq evlərə yayılmasından narahatdırlar.
Xüsusu ilə küləkli havalarda mənzillərdə üfunət iyindən yaşamaq mümkün olmur.
Bu barədə "Hövsan MİDA-1" sakinləri "Sitat.info" ya məlumat veriblər. Onlar bildiriblər ki, hamam sanitar qovşağında su axacaqları kanalizasiya xəttinə birbaşa qoşulduğunda və önləyici qurğular yerləşdirmədiyindən
kanalizasiyadan evlərə hava axını var. Və bu da kanalizasiyadan gələn hava axının evə diolmasına gətirib çıxarır. Nəticədə dözülməz vəziyyət yaranır.
Bu təkcə qoxu ilə bağlı narahatlıq yox, həm də xəstəlik mənbəyidir.
Məsələ ilə bağlı "Hövsan MİDA-2" sakinləri ilə də əlaqə saxladıq. Bildirdilər ki, eyni problem orada da var. Hətta santexnik ustaları belə bu problemi həll edə bilmir.
Məsələ ilə bağlı aidiyyatı qurumdan mövqe almağa çalışacağıq.
Tehran,
Sitat.info