AZ

MİDA binalarında kanalizasiya problemi: Mənzillər üfunət qoxusu içində - FOTO

Suraxanı rayonu, Hövsan qəsəbəsi, "MİDA-1" yaşayış kompeksində sakinlər kanalizasiya xətlərindən gələn havanın sanitar qovşaqdan sızaraq evlərə yayılmasından narahatdırlar.

Xüsusu ilə küləkli havalarda mənzillərdə üfunət iyindən yaşamaq mümkün olmur.

Bu barədə "Hövsan MİDA-1" sakinləri "Sitat.info" ya məlumat veriblər. Onlar bildiriblər ki, hamam sanitar qovşağında su axacaqları kanalizasiya xəttinə birbaşa qoşulduğundan və önləyici qurğular yerləşdirmədiyindən

kanalizasiyadan evlərə hava axını var. Və bu da kanalizasiyadan gələn hava axının evə dolmasına gətirib çıxarır. Nəticədə dözülməz vəziyyət yaranır.

Bu təkcə qoxu ilə bağlı narahatlıq deyil, həm də xəstəlik mənbəyidir.

Məsələ ilə bağlı "Hövsan MİDA-2" sakinləri ilə də əlaqə saxladıq. Bildirdilər ki, eyni problem orada da var. Hətta santexnik ustaları belə bu problemi həll edə bilmir.

Məsələ ilə bağlı aidiyyatı qurumdan mövqe almağa çalışacağıq.

Tehran,

Sitat.info

Seçilən
14
6
sitat.info

7Mənbələr