AZ

Tbilisi Almaniya XİN ə şifahi nota verib

ain.az, Apa.az saytına istinadən bildirir.

Gürcüstanın Xarici İşlər Nazirliyi Almaniyanın xarici siyasət idarəsinə şifahi nota təqdim edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib.

Onun sözlərinə görə, notada Almaniya XİN-nin rəsmi saytında Gürcüstanla bağlı məlumatların yenilənməsi ilə bağlı xahiş yer alıb. Nazir Almaniya tərəfinin müxtəlif səbəblərdən rəsmi Tbilisinin müraciətlərinə lazımi cavab vermədiyini vurğulayıb.

"Bu səbədən bu ilin martın 4-də yenidən Almaniya XİN-ə şifahi nota verilib və bir daha qurumun saytında Gürcüstan hökumətinin nümayəndələri haqqında yerləşdirilən məlumatların yeniləməsi xahiş edilib. Şifahi nota təqdim edildikdən sonra Gürcüstan tərəfinə bildirilib ki, bu cür rəsmi yazışmaların emal müddəti 4 həftədir. Qeyd olunan məlumat göstərilən müddət ərzində yenilənməsə, Gürcüstan XİN yaxın günlərdə yenidən Almaniya tərəfinə rəsmi olaraq müraciət ünvanlayacaq", - Boçorişvili əlavə edib.

Qeyd edək ki, Almaniya XİN-nin rəsmi saytında Gürcüstanla bağlı məlumatda ölkə prezidentinin Salome Zurabişvili, xarici işlər nazirinin isə İlya Darçiaşvili olduğu göstərilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
4
apa.az

5Mənbələr