AZ

ABŞ İranla hərbi əməliyyatları asanlıqla bərpa edə bilər - Trampdan xəbərdarlıq

Bakı. Trend:

ABŞ İranla məqbul sülh razılaşması əldə olunmadığı təqdirdə, gücssenarisinə asanlıqla qayıtmağa hazırdır.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp“Sky News” telekanalına müsahibəsində bildirib.

“Əgər bu yaxşı razılaşma olmasa, biz buna (hərbi əməliyyatlara)çox asanlıqla qayıdacağıq”, - deyə Ağ Evin rəhbəri vurğulayıb.

Trampın sözlərinə görə, İranla danışıqlar artıq irəliləmişmərhələdədir.

Aprelin 8-də ABŞ prezidenti Donald Tramp bildirib ki, İranHörmüz boğazını tam açmağa və bu akvatoriyada gəmiçiliyintəhlükəsizliyini təmin etməyə razılaşıb.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardanbiri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaqöhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraqdanışıqlara hazırlaşırlar.

Məqalədə:
Seçilən
12
6
az.trend.az

10Mənbələr