AZ

Polşa inanır ki, İran bir neçə il ərzində hərbi potensialını bərpa edəcək- ÖZƏL

İran silahlı qüvvələri İsrail və ABŞ-ın hücumları nəticəsində ciddi itkilər verib, lakin Tehran bir neçə il ərzində hərbi potensialını bərpa edə biləcək. Olaylar.az xəbər verir ki, bu barədə Polşa Milli Təhlükəsizlik Bürosunun keçmiş rəis müavini və Polşa xüsusi təyinatlı qüvvələrinin GROM bölməsinin keçmiş komandiri general Roman Polko onet.pl onlayn portalına verdiyi müsahibədə bildirib. İran kritik infrastrukturda və silahlı qüvvələrində ciddi itkilərə məruz qalıb, lakin ABŞ-ın bu cür güclü hücumlarına tab gətirə biləcəyini nümayiş etdirib", - deyə o bildirib. "İranın hərbi potensialı bir qədər azaldı, lakin bir neçə il ərzində onu mütləq bərpa edəcək". Generalın sözlərinə görə, "İran Yaxın Şərqi idarə etmək üçün nüvə silahına ehtiyac duymadığını nümayiş etdirib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
olaylar.az

1Mənbələr