“Real” Çempionlar Liqasının 2025/2026 mövsümünün 1/4 final mərhələsinin ilk oyununda “Bavariya”ya 1:2 hesabı ilə məğlub olub.
İdmanxeber.az-ın məlumatına görə, bu, Madrid klubunun cari turnirdə dördüncü məğlubiyyəti kimi qeydə alınıb. Komanda daha əvvəl ümumi mərhələdə “Liverpul”a (0:1), “Mançester Siti”yə (1:2) və “Benfika”ya (2:4) uduzub.
“Bavariya” ilə “Real” arasında cavab görüşü aprelin 15-də Münhendə keçiriləcək.
Qeyd edək ki, 1/8 finalda “Real Madrid” iki oyunun cəmində “Mançester Siti”ni 5:1 hesabı ilə məğlub edib. “Bavariya” isə eyni mərhələdə “Atalanta”nı 10:2 hesabı ilə darmadağın edib.