AZ

Ağ Ev Trampı təriflədi: ABŞ maraqları təmin olundu

Vaşinqton İranla razılaşmanı böyük uğur kimi təqdim edir.

Musavat.com xəbər verir ki, Ağ Evin sözçüsü Kerolayn Livitt ABŞ və İran arasında əldə olunan iki həftəlik atəşkəs razılaşmasını şərh edərək bunu prezident Donald Trampın uğuru kimi qiymətləndirib.

O, sosial şəbəkədə yazıb ki, bu nəticə Trampın rəhbərliyi və ABŞ hərbçilərinin fəaliyyəti sayəsində əldə olunub:

“Bu, prezident Tramp və bizim inanılmaz hərbçilərimizin qazandığı ABŞ qələbəsidir”.

Livitt bildirib ki, əməliyyatın əvvəlində Tramp onun 4–6 həftə davam edəcəyini gözləsə də, ABŞ qüvvələri əsas hərbi məqsədləri cəmi 38 günə yerinə yetirib.

Onun sözlərinə görə, bu uğur ABŞ-a danışıqlarda üstünlük qazandırıb və nəticədə diplomatik həll yoluna şərait yaradıb.

Ağ Ev rəsmisi həmçinin qeyd edib ki, Tramp Hörmüz boğazının açılmasına nail olub və bu, region üçün mühüm addım hesab olunur.

“Prezident Trampın Amerikanın maraqlarını irəli aparmaq və sülhə nail olmaq qabiliyyətini heç vaxt qiymətdən salmaq olmaz”, - deyə Livitt qeyd edib.

Musavat.com

Seçilən
43
50
musavat.com

10Mənbələr