AZ

Tramp İranın 10 maddəlik planını zibil qutusuna atdı: Ağ Evdən sərt açıqlama – VİDEO

Ağ Evin mətbuat xidmətinin rəhbəri Karolin Livitt İranla danışıqların pərdəarxası məqamlarını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Livitt bildirib ki, iranlıların ilkin olaraq təqdim etdiyi 10 maddəlik plan qeyri-ciddi və tamamilə qəbuledilməz olduğu üçün Prezident Tramp və onun danışıqlar qrupu tərəfindən birbaşa zibil qutusuna atılıb.

Mətbuat xidmətinin rəhbəri bəzi media qurumlarının bu planın ABŞ tərəfindən qəbul edildiyi barədə yaydıqları xəbərlərin yalan olduğunu vurğulayıb: “Prezidentin təyin etdiyi müddət yaxınlaşdıqca və ABŞ hərbçiləri İranı hər saat daha da zəiflətdikcə, rejim reallığı dərk etməyə başladı. Bundan sonra onlar daha ağlabatan, tamamilə fərqli və yığcam bir plan təqdim etdilər”.

Qeyd olunub ki, Tramp və komandası həmin yeni planı ABŞ-ın 15 maddəlik təklifi ilə uyğunlaşan işçi baza kimi qəbul edib. Livitt əlavə edib ki, prezidentin “qırmızı xətləri”, xüsusilə də İranda uranın zənginləşdirilməsinin dayandırılması məsələsi dəyişməz qalır və Trampın İranın “arzular siyahısını” qəbul edəcəyi ideyası tamamilə absurdur.

Sara,
NOCOMMENT.az

Seçilən
32
9
nocomment.az

10Mənbələr