Bakı. Trend:
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən bu günBakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdəgözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncıxəbərdarlıq verilib.
Trend xəbər verir ki, bubarədə Baş Dövlət Yol Polisi İdarəsinin küləkli hava ilə bağlı yolhərəkəti iştirakçılarına müraciətində deyilir.
Baş Dövlət Yol Polisi İdarəsi intensiv yağışlardan sonra növbətiəlverişsiz hava şərtlərinin yollarda yarada biləcək xoşagəlməzhalların qarşısının alınması üçün hərəkət iştirakçılarındanehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyixahiş edir.
Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri vəsürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitindəhərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükünqablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.
Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimitəhlükə ehtimalı olan obyektlərdən kənarda saxlamaq, park edərkənqapalı məkanlara üstünlük vermək tövsiyə olunur.
Həmçinin, piyadalar da mövcud hava şəraitini nəzərə almalı,yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat vəsağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər.