AZ

Premyer Liqada son dəfə 33 il əvvəl ingiltərəli mütəxəssis çempionluq sevinci yaşayıb

Bakı, 8 aprel, AZƏRTAC

İngiltərə Premyer Liqasında son dəfə 33 il əvvəl yerli mütəxəssis çempionluq sevinci yaşayıb.

AZƏRTAC xəbər verir ki, bu, 1991-1992-ci illər mövsümündə “Lids”ə ölkə çempionatının qızıl medallarını qazandıran Hovard Uilkinson olub.

Maraqlıdır ki, həmin tarixdən sonra Premyer Liqa çempionluğu yaşayan komandaların başında əcnəbi mütəxəssislər olub.

Hovard Uilkinson, həmçinin növbəti il “Lids”lə İngiltərə Superkubokunun qalibi olub.

Seçilən
24
1
azertag.az

2Mənbələr