Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Qazaxıstan arasındaticarət əməliyyatlarının həcmi 65,6 milyon ABŞ dolları təşkiledib.
Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici iləmüqayisədə 6,3 milyon ABŞ dolları və ya 8,8% azdır.
Hesabat dövründə Qazaxıstan ilə ticarət dövriyyəsi Azərbaycanınümumi ticarət dövriyyəsinin 1,05%-i həcmində olub.
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Qazaxıstana 24,3milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eynidövrü ilə müqayisədə 12,1 milyon ABŞ dolları və ya təqribən 2 dəfəçoxdur.
Dövr ərzində Azərbaycandan Qazaxıstana ixrac əməliyyatlarının24,1 milyon dollarlıq hissəsini qeyri-neft məhsulları təşkil edib.Azərbaycanın qeyri-neft məhsullarının ümumi ixracında Qazaxıstan4,15% payla 7-ci yerdə qərarlaşıb. Qazaxıstana qeyri-neftməhsullarının ixracı ötən ilin ilk iki ayındakı göstərici iləmüqayisədə 12,1 milyon ABŞ dolları və ya 2 dəfə artıb.
Hesabat dövründə Azərbaycan Qazaxıstandan 41,3 milyon ABŞdolları dəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da2025-ci ilin eyni dövrü ilə müqayisədə 18,5 milyon ABŞ dolları vəya 30,9% azalma deməkdir.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xariciölkələrlə 6,264 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,640 milyard dollar vəya 29,6% azdır.
Xarici ticarət dövriyyəsinin 3,665 milyard ABŞ dolları ixracın,2,599 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 1,101 milyard dollar və ya 23,1%, idxal isə 1,539 milyarddollar və ya 1,6 dəfə azalıb.
Yekunda xarici ticarətdə 1,066 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 438 milyon dollar və ya 1,7 dəfəçoxdur.