Bakı. Trend:
Türkiyənin Çorum vilayətində 4 bal gücündə zəlzələ olub.
Trend xəbər verirki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi(AFAD) məlumat yayıb.
Məlumata görə, yerli vaxta 10:20-də baş vermiş zəlzələninepisentri Çorumun Balat rayonu olub, yeraltı ocağı isə 11,01 kmdərinlikdə qeydə alınıb.
Dağıntılar və zərərçəkənlər barədə məlumat daxil olmayıb.