AZ

Nərimanovda LİFT PROBLEMİ: Sakinlər çətin durumda VİDEO

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakıda yaşayış binasında lift problemi sakinləri çətin vəziyyətə salıb.

Bununla bağlı Oxu.Az-a şikayət daxil olub.

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

Qeyd olunub ki, paytaxtın Nərimanov rayonunda Əliyar Əliyev küçəsi 117 ünvanında yerləşən binada lift aylardır işləmir.

Sakinlərin sözlərinə görə, əvvəllər lift yalnız 7-ci və 9-cu mərtəbələrə qədər qalxsa da, hazırda tamamilə sıradan çıxıb.

Bildirilib ki, sözügedən bina Müdafiə Nazirliyinin balansında olduğundan rayon üzrə lift təsərrüfatı xidmətləri tərəfindən texniki baxış həyata keçirilmir. Nazirlik tərəfindən isə sakinlərə sentyabr ayına qədər gözləmələri tövsiyə olunub.

"Yay aylarında liftin dəyişdiriləcəyi ilə bağlı gətirib bloka elan yerləşdirsələr də, bu vəd hələ də icra olunmayıb", - deyə şikayətdə vurğulanıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, məsələ nəzarətdədir:

"Yaxın vaxtlarda problem həllini tapacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
oxu.az

1Mənbələr