AZ

Füzulidə İran vətəndaşına narkokuryerlik edənlər TUTULDULAR

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarımın həyata keçirdikləri əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən Telman Nəsirov və Elşad Məhərrəmov saxlanılıblar.

Azreform.info  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.

Bildirilib ki, onlara məxsus nəqliyyat vasitəsindən 15 kiloqram marixuana və 2 970 ədəd psixotrop tərkibli metodon həbi aşkarlanıb. Saxlanılan şəxslərin müxtəlif İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri qazanc əldə etmək və müxtəlif ünvanlara yerləşdirmək məqsədi ilə əldə etdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Seçilən
31
22
azreform.info

10Mənbələr