AZ

“Raytheon” şirkəti Niderlanddan “Patriot” sistemləri ilə bağlı sifariş alıb

ABŞ-ın “Raytheon” şirkəti Niderlanda “Patriot” hava hücumundan müdafiə (HHM) sistemi ilə bağlı avadanlıqların tədarükü üçün 627 milyon dollarlıq müqavilə imzalayıb.

“Poliqon” “Raytheon”a istinadən xəbər verir ki, sazişə radar sistemləri, buraxılış qurğuları və komanda-idarəetmə stansiyalarının tədarükü daxildir.

Qeyd edək ki, “Patriot”, hazırda dünyada uzunmənzilli qanadlı raketlər, taktiki ballistik raketlər və bütün növ hava hədəflərinə qarşı müdafiə apara bilən yeganə döyüş şəraitində sınaqdan keçmiş quru əsaslı hava və raketdən müdafiə sistemidir.

Müasir və yüksək səviyyəli komanda-idarəetmə (C2) sistemi ilə dəstəklənən “Patriot”, dünyanın müxtəlif bölgələrində baş vermiş real münaqişələrdə yüzlərlə inkişaf etmiş hava hədəfini məhv edib və kütləvi, mürəkkəb, çoxdalğalı hava hücumları zamanı öz effektivliyini dəfələrlə sübut edib.

“Patriot” sistemi hazırda 19 ölkənin hava hücumundan müdafiəsinin əsasını təşkil edir və yeni nəsil hava təhdidləri, mürəkkəb və kütləvi hücum ssenariləri qarşısında effektivliyini nümayiş etdirir.

Seçilən
40
poliqon.az

1Mənbələr