AZ

“Sabah” basketbol klubu Çempionlar Liqasında Almaniya təmsilçisi ilə qarşılaşacaq

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu gün “Sabah” basketbol klubunun U-18 komandası Çempionlar Liqasında ikinci matçına çıxacaq.

İdman.Biz-in məlumatına görə, Bakı klubu B qrupunda Almaniya təmsilçisi “Porşe BBA Lyudviqsburq”la qarşılaşacaq.

Görüş Bosniya və Herseqovinanın Laktaşi şəhərində yerləşən “SD Laktasi” idman zalında keçiriləcək və Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, komanda ilk matçında Bosniya və Herseqovina təmsilçisi “İqokea”ya 58:88 hesabı ilə uduzub.

Reqlamentə görə, qrupda birinci yeri tutan komandalar birbaşa yarımfinala yüksələcək. İkinci pillədə qərarlaşan kollektivlər beş-səkkizinci, sonuncu olanlar isə doqquz-on ikinci yerlər uğrunda mübarizə aparacaqlar.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
icma.az

2Mənbələr