Bu gün “Sabah” basketbol klubunun U-18 komandası Çempionlar Liqasında ikinci matçına çıxacaq.
"Football-plus.az" xəbər verir ki, Bakı klubu B qrupunda Almaniya təmsilçisi “Porşe BBA Lyudviqsburq”la qarşılaşacaq.
Görüş Bosniya və Hersoqovinanın Laktaşi şəhərində yerləşən “SD Laktasi” idman zalında keçiriləcək və Bakı vaxtı ilə saat 19.30-da başlayacaq.
Qeyd edək ki, komanda ilk matçında Bosniya və Hersoqovina təmsilçisi “İqokea”ya 58:88 hesabı ilə uduzub.
Reqlamentə görə, qrupda birinci yeri tutan komandalar birbaşa yarımfinala yüksələcək. İkinci pillədə qərarlaşan kollektivlər beş-səkkizinci, sonuncu olanlar isə 9-12-ci yerlər uğrunda mübarizə aparacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta