Bakı, 8 aprel, AZƏRTAC
“Sabah” Azərbaycan Premyer Liqasında 50-ci səfər qələbəsini qazanıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, bu, ölkə çempionatının XXVI turuna təsadüf edib. Bakı klubu “Araz-Naxçıvan”a 4:2 hesabı ilə qalib gəlib.
“Sabah” 120-ci səfərində “50”yə çatıb. Paytaxt təmsilçisi ilk qələbəsini Premyer Liqadakı debüt matçında – 2018-ci il avqustun 12-də “Şamaxı” üzərində qazanıb – 1:0.
“Sabah” turnirin tarixinə rəqib meydanında 50 və daha çox oyunda qalib gələn 11-ci komanda kimi düşüb. Bakılılar bu göstəricidə “Şəmkir”ə çatıb.