“Sabah” Premyer Liqada 50-ci səfər qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XXVI turuna təsadüf edib.
Bakı klubu “Araz-Naxçıvan”a 4:2 hesabı ilə qalib gəlib.
“Sabah” 120-ci səfərində “50”yə çatıb. Paytaxt təmsilçisi ilk qələbəsini Premyer Liqadakı debüt matçında – 2018-ci il avqustun 12-də “Şamaxı” üzərində qazanıb – 1:0.
“Sabah” turnirin tarixinə rəqib meydanında 50 və daha çox oyunda qalib gələn 11-ci komanda kimi düşüb. Bakılılar bu göstəricidə “Şəmkir”ə çatıb.
“Sabah” 3 xalı 4 qolla qazandı - YENİLƏNİB
“Zirə”nin məşqçisi: “Bizim günümüz deyildi”
Ayxan Abbasov: “Növbəti oyun üçün gərək 11 nəfər tapaq”
“Şamaxı” “Zirə” səfərindən bir xalla qayıdır - YENİLƏNİB
II Liqa: “Xankəndi” və “Qaradağ Lökbatan”dan darmadağın