AZ

“Chakan Fashion Show: Əsrləri aşan ənənə uçuşu”

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Tacikistan Respublikasının Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə Beynəlxalq Novruz bayramına həsr olunmuş “Chakan Fashion Show” - əsrləri aşan ənənə uçuşu” adlı mədəni tədbir keçirilib.

525.az xəbər verir ki, istedadlı tacik dizaynerləri Xurşed Sattorov, Vays Asoyev və Sulxiya Qulomova Tacikistanı təmsil edərək tacik milli mədəniyyətinin yüksək sənətkarlığını və bədii irsini əks etdirən “Çakan”, “Nuri Bədəxşon” və “Xorasan nəğməsi” adlı kolleksiyalarını nümayiş etdiriblər.

Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon çıxışında bildirib ki, zəngin mənəvi və mədəni irs olan Novruz regionun dost xalqlarını birləşdirir: 

“Beynəlxalq Novruz bayramı xalqın zəngin mənəvi və mədəni irsi olmaqla yanaşı, dost xalqları – tacikləri, azərbaycanlılari və qonşu ölkələrin digər xalqlarını birləşdirir. Novruz baharın başlanğıcını, təbiətin dirçəlişini simvolizə edir, xalqlar arasında dostluq, yaradıcı əməkdaşlıq və həmrəylik ruhunu təşviq edir.

Əlavə edib ki, tacik xalqı üçün Novruz yenilənmə və harmoniya dövrüdür, onu yeni bayram geyimində qarşılamaq ənənəsi isə həyatın yeni, işıqlı mərhələsinin başlanğıcını simvolizə edir. “Çakan” kolleksiyasının təqdimatı məhz bu ənənə ilə bağlıdır. O vurğulayıb ki, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş “çakan” tikiş sənəti dünya mədəniyyətinin mühüm hissəsidir və tacik xalqının fəlsəfəsini, tarixini və mənəvi aləmini əks etdirir.

Tacik sənətçiləri Cahongir Zaripov və Tacikistanın məşhur müğənnisi, şeşməqam ifaçısı Xurşed İbrohimzoda tərəfindən təqdim olunan mahnı və melodiyalar tərbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. 

Azərbaycanın xalq artisti Gülyanaq Məmmədovanın ifası, Bakı Xoreoqrafiya Akademiyasının rəqs qrupu (xoreoqraf Vüsalə Babayeva) və “Xəzər” Universitetinin rəqs qrupunun (xoreoqraf Xanım Kərimzadə) tacik rəqsləri iştirakçılarda böyük sevinc və coşğu yaradıb.

Mədəni tədbirdə diplomatik nümayəndəlikləri və beynəlxalq təşkilatları təmsil edən qonaqlar, ölkə rəsmiləri, müxtəlif nazirlik və idarələrin nümayəndələri, Milli Məclisin deputatları, mədəniyyət xadimləri, tacik icması, Azərbaycan universitetlərində təhsil alan tacik tələbələr iştirak ediblər.

Qonaqlara, həmçinin qədim tacik ənənələrinə uyğun bayram süfrəsi təqdim edilib: yeddi növ yemək və şirniyyat – “ҳaft sin” (“S” hərfi ilə başlayan 7 element) və “ҳaft shin” (“Ş” hərfi ilə başlayan 7 element).

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
525.az

1Mənbələr