Bakı.Trend:
Xəzər rayonu, Aeroport şosesi ərazisində yol-nəqliyyat hadisəsibaş verib.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatıİntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hərəkətdə olan avtomobil təhlükəli manevr edərəkdigər nəqliyyat vasitələrinə çırpılıb. Nəticədə qəza törədənavtomobil aşıb, daha iki nəqliyyat vasitəsinə ziyan dəyib.
Hadisə ilə bağlı araşdırma aparılır.