AZ

Tramp İranla münaqişədə qələbəsini elan etdi

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp İranla münaqişədə qələbə qazandığını elan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “AFP”yə müsahibəsində danışıb.

O, münaqişədə iki həftəlik atəşkəsin Vaşinqton üçün tam və birmənalı qələbə olduğunu bildirib.

“Tam və qeyd-şərtsiz qələbə. 100 faiz. Buna heç bir şübhə yoxdur”, – deyə ABŞ lideri bəyan edib.

Ağ Ev rəhbəri müqavilənin pozulacağı təqdirdə İranın mülki infrastrukturunu məhv etmək üçün əvvəlki təhdidlərini həyata keçirməyi planlaşdırıb-planlaşdırmadığı ilə bağlı suala cavab verməkdən imtina edib.

“Bunu özünüz görəcəksiniz”, – deyə Tramp jurnalistlərə deyib.

Əliyar Xəlil

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
50
globalinfo.az

10Mənbələr