BAKI, 15 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin uzadılmasına ehtiyac olmayacağına inanır.
Teleqraf xəbər verir ki, bu barədə ABC-nin jurnalisti Conatan Karl məlumat verib.
Karl bildirib ki, Amerika lideri ilə söhbət zamanı Tramp ona İranla atəşkəsin uzadılmasını düşünmədiyini və bunun zəruri olacağına inanmadığını deyib.
Jurnalist X-dəki paylaşımında Amerika liderindən sitat gətirib: “Düşünürəm ki, iki möhtəşəm günün şahidi olacaqsınız. Mən buna həqiqətən inanıram”.