
Mingəçevirdə avtomobil restorana çırpılıb.
AFN.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Füzuli küçəsində qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı sürücü və iki sərnişin xəsarət alıb.
Belə ki, idarəetmədən çıxan “VAZ-2107” markalı avtomobil səkiyə qalxaraq, “Qala” restoranı yerləşən binaya çırpılıb.
Qəza nəticəsində sürücü, 1997-ci il təvəllüdlü Qurban İsmayılov və avtomobildə olan sərnişinlər - 2006-cı il təvəllüdlü Ruslan Əhmədov, 2003-cü il təvəllüdlü Kənan Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı hazırda araşdırma aparılır.