Mingəçevirdə idarəetmədən çıxan avtomobil restorana çırpılıb.
NOCOMMENT.az xəbər verir ki, hadisə gecə saatlarında Füzuli küçəsində baş verib.
İdarəetmədən çıxan “Vaz 2107” markalı maşın “Qala” restoranının yerləşdiyi binaya çırpılıb. Hadisə zamanı avtomobildə olan 1997-ci il təvəllüdlü Qurban İsmayılov, 2006-cı il təvəllüdlü Ruslan Əhmədov və 2003-cü il təvəllüdlü Kənan Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır./unikal.az/