AZ

İsraill atəşkəslə bağlı tənqid edildi » AzadMedia.az


İsrailin 12-ci Kanalının hərbi müxbiri Nitzan Shapira (ניצן שפירא) sosial şəbəkədə paylaşım edərək İsrail rəhbərliyinin atəşkəsin detalları ilə bağlı susqunluğunu və ictimaiyyətə məlumat verilməməsini tənqid edib.
“Bu axşam hər hansı bir İsrail rəsmisi və ya mənbəsi ictimaiyyət qarşısında çıxış edəcəkmi?” – deyə o yazıb.
“Onlar nəsə yazacaqlarmı? Yenilənmiş məlumat verəcəklərmi? Yoxsa biz hələ də hadisələrin gedişatını İranın ‘Tasnim’ xəbər agentliyindən və Pakistan hökumətinin sözçüsünün açıqlamalarından izləməyə davam edəcəyik?”
Bu arada, ABŞ prezidenti Donald Trump İranın infrastrukturuna qarşı əvvəlki təhdidlərindən geri çəkilərək danışıqlar üçün yeni mövqe sərgiləyib. Bildirilir ki, o, İranın təqdim etdiyi 10 maddəlik təklifi gələcək danışıqlar üçün əsas kimi qəbul etməyə razılaşıb.
Tramp sosial media hesabında yazıb: “İrandan 10 maddəlik təklif almışıq və hesab edirəm ki, bu, danışıqlar üçün etibarlı əsas ola bilər.”
Seçilən
39
1
azadmedia.az

2Mənbələr