AZ

Mingəçevirdə avtomobil restorana çırpıldı, yaralananlar var

BAKI, 8 aprel. TELEQRAF

Mingəçevirdə avtomobil restorana çırpılıb. Hadisə gecə saatlarında Mingəçevir şəhərinin Füzuli küçəsində baş verib.

Teleqraf-ın Mərkəzi Aran bürosunun məlumatına görə, idarəetmədən çıxan “VAZ-2107” markalı avtomobil səkiyə qalxaraq “Qala” restoranının yerləşdiyi binaya çırpılıb.

Hadisə zamanı avtomobildə olan 1997-ci il təvəllüdlü Qurban İsmayılov, 2006-cı il təvəllüdlü Ruslan Əhmədov və 2003-cü il təvəllüdlü Kənan Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
70
4
teleqraf.com

5Mənbələr